Daymyo (大名, daimyo?, azərb. böyük ad) — orta əsr Yaponiyasında iri hərbi feodallar. Əgər samuraylar X-XIX əsrlər yapon cəmiyyətinin elitası sayılırdılarsa, daymyolar samurayların elitası idilər.
Tərcümədə "böyük ad" mənasını verən bu məfhum IX-X əsrlərdə sabit hərbi təbəqə — buşi ilə eyni dövrdə ortaya çıxdı.